ain.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ-dən Prezident Donald Tramp başda olmaqla, “yola gəlməyən” İranla bağlı müxtəlif səviyyələrdə hədə və təhdidlər davam edərkən, İran rəhbərliyindəki şəxslər də ABŞ ilə bərabər, qonşu ərəb ölkələrini hədələyir.
“AzPolitika” xəbər verir ki, İranın Ali Liderinin müşaviri Məhəmməd Mohbar Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə xəbərdarlıq edib. İran mediasında dərc edilən bəyanatda deyilir ki, "Tehranın onlara qarşı təmkinli davranışı sonsuza qədər davam etməyəcək". Mohbar bu ölkələri öz ərazilərini "İranın düşmənlərinə" təslim etməkdə günahlandırıb.
O iddia edib ki, "İllərdir İran onları dost və qardaş hesab edirdi, lakin onlar müstəqilliklərini əvvəlcədən satıblar, hətta torpaqlarını və evlərini Fələstin və İranın düşmənlərinə təslim ediblər".
Bu arada İsrailin “Channel 12” kanalı adı çəkilməyən İsrail rəsmisinə istinadla xəbər verib ki, İsrail İrana qarşı hərbi əməliyyatların sürətlə bərpasına hazırlaşır və bu, bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Belə ki, İsrail Tehranla danışıqları faydasız hesab edir. İsrail rəsmisi deyib ki, "Amerikalılar başa düşürlər ki, İranla danışıqlar heç bir nəticə verməyəcək".
Onun sözlərinə görə, İsrail yaxın gələcəkdə hərbi əməliyyatların bərpası ehtimalını nəzərdən keçirir və ABŞ-dən yekun qərar gözləyir. "Biz bir neçə gün və ya həftə ərzində hərbi əməliyyatların bərpasına hazırlaşırıq və Trampın yekun qərarını gözləyirik. Daha ətraflı məlumat 24 saat ərzində veriləcək".
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.