RU

Azərbaycanlı gənc Avropada dərs deyir

UNEC-in SABAH qruplarının məzunu Vəli Səməndərli Polşada “Stefan Banach” təqaüdünü qazanaraq Gdansk Universitetində magistr təhsili alıb, hazırda isə həmin universitetdə doktorantura üzrə təhsilini davam etdirir.Metbuat.az xəbər verir ki, bu gün o, dünyanın aparıcı maliyyə institutlarından biri olan CITI bankda çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsi ilə mübarizə üzrə ekspert kimi fəaliyyət göstərir. Bununla yanaşı, Gdansk Universiteti və Gdansk Texnologiya Universitetində müəllim kimi dərs deyir.

Tələbəlik illərində də fəallığı ilə seçilən Vəli Səməndərlinin həmmüəllifi olduğu “Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri” adlı məqalə beynəlxalq səviyyədə maraq doğurub.

Избранный
15
3
metbuat.az

6Источники