Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan orbitə xüsusi peyklərini çıxaracaqlar.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyev açıqlama verib. Peykə “CubeSat-12U” adı verilib.
Nazirin sözlərinə görə, peykin yaradılmasında regionun bir neçə ölkəsindən mütəxəssislər iştirak edir:
Astana layihələndirmə və yığma işləri ilə məşğul olur, Özbəkistan mühərrik hazırlayır, Türkiyə isə günəş panelləri və proqram təminatı üçün məsuliyyət daşıyır.
Elmi peykin orbitə çıxarılması 2027-ci ilə planlaşdırılır.