RU

Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Kubanın tənəzzül içində olduğunu və yardıma ehtiyac duyduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.

“Onların köməyə ehtiyacı var. Siz tənəzzülə uğrayan ölkədən danışırsınız. Bu, həqiqətən də geriləyən bir dövlətdir, buna görə baxacağıq - Kubaya dair müzakirə edəcəyimiz çox məsələ var, amma bəlkə də bu gün yox”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Amerika nümayəndə heyətinin rəhbəri kimi Havanaya səfər edib və Kuba Daxili İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb. Kuba tərəfi bildirib ki, görüş mürəkkəb ikitərəfli münasibətlər fonunda keçirilib və siyasi dialoqun təşviqinə yönəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
axar.az

1Источники