RU

Moskvadan Avropaya şok qisas həmləsi- 200 milyard avroluq əmlak müsadirə olunur

Rusiya ilə Qərb arasında davam edən iqtisadi müharibə ən kritik mərhələsinə qədəm qoyub.

Musavat.com xəbər verir ki, Rusiya rəhbərliyi yaxın vaxtlarda Avropa biznesinə məxsus 200 milyard avro dəyərindəki nəhəng aktivlərin müsadirəsinə başlaya bilər.

"The Moscow Times" nəşrinin yaydığı məlumata görə, bu addım Moskva Arbitraj Məhkəməsinin qapalı rejimdə keçirilən iclasında Rusiya Mərkəzi Bankının Belçikanın "Euroclear" depozitarisinə qarşı qaldırdığı iddianı tam təmin etməsindən sonra aktuallaşıb.

Rusiya tərəfi rəsmən 18,17 trilyon rubl (təxminən 200 milyard avro) təzminat tələb edir ki, bu da müharibə başlayandan bəri "Euroclear"da dondurulmuş Rusiya qızıl-valyuta ehtiyatlarının ümumi həcminə bərabərdir. Bu məhkəmə qərarı Avropa İttifaqının Rusiya aktivlərini rəsmən müsadirə etmək planlarına rəsmi Moskvanın sərt və birbaşa cavabı kimi qiymətləndirilir.

Ekspertlər diqqət çəkirlər ki, Rusiyada Avropa ölkələrinin birbaşa dövlət mülkiyyəti demək olar ki, mövcud deyil. Bu səbəbdən Moskvanın qisas zərbəsi birbaşa olaraq Rusiyada qalan Qərb şirkətlərinin, Avropa biznesinin və "qeyri-dost" ölkələrin fərdi investisiyalarının üzərinə düşəcək. Müsadirə edilə biləcək aktivlər arasında Norveç Neft Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) daxili layihələri də var.

Musavat.com

Избранный
44
musavat.com

1Источники