RU

ABŞ və İsrail İranda 125 mindən çox mülki obyekti vurub Səfir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və İsrail İranda 125 mindən artıq mülki obyekti hədəfə alıb. Hücumlar nəticəsində 220 uşaq və təxminən 260 qadın həyatını itirib.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın Belarusdakı səfiri Əlirza Sənayi mətbuata verdiyi müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, ABŞ İranda təxminən 24 min obyekti hədəf seçib. Nəticədə 125 min 600 qeyri-hərbi obyektə — mağazalara, yaşayış evlərinə və mənzillərə ziyan dəyib və ya onlar tamamilə dağıdılıb.

“220 uşaq həlak olub, onlardan 17-si beş yaşdan kiçik idi. Həmçinin 259 qadın öldürülüb”, — deyə səfir qeyd edib.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara 28 fevralda başladığı bildirilir. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla qarşılıqlı şəkildə iki həftəlik atəşkəs elan edib.

İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə zamanı ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub. Hücumlara məruz qalan obyektlər arasında 857 məktəb, 300-dən çox səhiyyə müəssisəsi, 32 universitet, həmçinin Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərinə məxsus 20 obyekt yer alıb.

Aprelin 11-də Tehran və Vaşinqton nümayəndələri İslamabadda danışıqlar aparsalar da, tərəflər uzunmüddətli nizamlanma ilə bağlı razılığa gələ bilməyiblər.

Aprelin 21-də Donald Tramp İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına əsasən, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və bundan sonra öz maraqlarına uyğun addımlar atacaq.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
63
bizimyol.info

1Источники