RU

Xarici muzdluların Ukraynaya getmək istəyi azalıb KİV

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın həyata keçirdiyi bir sıra yüksək dəqiqlikli zərbələr Ukraynadakı xarici muzdlular arasında böyük itkilərə səbəb olub.

Redaktor.az bu haqda Çinin "Sohu" portalına istinadla məlumat verir.

"Son vaxtlar Rusiya hərbçiləri bir sıra yüksək dəqiqlikli zərbələr endirib və bu, Ukraynadakı xarici muzdluların bir neçə dislokasiya məntəqəsinin məhv edilməsi ilə nəticələnib. Onlar əhəmiyyətli dərəcədə itki veriblər. Bu hücumlar xaricilərin Rusiya-Ukrayna döyüş meydanındakı həssas mövqeyini növbəti dəfə nümayiş etdirdi", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya hücumlarının güclənməsindən sonra "qərbli muzdluların Ukraynaya ölməyə yollanmaq istəyi azaldığı" üçün rəsmi Kiyev itkilərin yerini doldurmaq məqsədilə Latın Amerikası, Asiya və Yaxın Şərqdən muzdlular cəlb etməyə çalışır.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
redaktor.az

2Источники