RU

​“Qalatasaray” 2 ulduzu birdən alır

Türkiyə çempionu “Qalatasaray” növbəti mövsüm üçün transfer hazırlıqlarına başlayıb. İstanbul təmsilçisi yerli oyunçu rotasiyasını gücləndirmək məqsədilə “Başakşehir” klubunun iki futbolçusunu heyətinə qatmağa hazırlaşır. Metbuat.az xəbər verir ki, “sarı-qırmızılılar” hücumçu Bertuğ Yıldırım və yarımmüdafiəçi Yusuf Sarını transfer siyahısının ilk sıralarına yazıb. Klub rəhbərliyi hər iki futbolçunu yay transfer pəncərəsində heyətə cəlb etmək üçün danışıqlara başlayıb. Türkiyə mediasının yazdığına görə, “Başakşehir” Bertuğ Yıldırım üçün 11 milyon avro tələb edir. Yusuf Sarı ilə bağlı isə tərəflər arasında hələ rəsmi danışıqlara başlanılmayıb. Baş məşqçi Okan Buruk hər iki futbolçunun transferinə müsbət yanaşıb.

“Qalatasaray” yeni mövsümdə həm Super Liqa, həm də avrokuboklarda mübarizə aparacaq geniş heyət formalaşdırmaq istəyir. Milli komanda hovuzunda yer alan Bertuğ Yıldırım və Yusuf Sarının da İstanbul nəhənginin təklifinə isti yanaşdığı bildirilir.

Избранный
77
10
metbuat.az

10Источники