RU

Misir sahillərində faciə: Onlarla miqrantın cəsədi tapıldı

Misirin şimal-qərbində, Sidi-Barrani şəhəri yaxınlığındakı sahillərdə onlarla miqrantın cəsədi aşkar edilib.

“Deutsche Welle” telekanalının yaydığı məlumata görə, bölgə sakinləri sahildə dəniz dalğalarının çıxardığı təxminən 12 cəsəd və bir qayığın taxta parçalarını tapıblar. Mətrun rayon mərkəzi xəstəxanasına aparılan cəsədlərin çoxunun tanınmaz dərəcədə parçalandığı və çürüdüyü bildirilir. Məhkəmə-tibbi ekspertlər qurbanların şəxsiyyətini və yaşını müəyyənləşdirmək üçün DNT analizlərinin aparılacağını qeyd ediblər.

Hazırda ərazidə digər mümkün qurbanların tapılması üçün axtarış işləri və prokurorluq tərəfindən araşdırmalar davam etdirilir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
50
azerbaijan-news.az

1Источники