D-5 massivində 2-ci mərhələ 8 ədəd (9, 10, 11, 12, 13, 14, 15 və 16 nömrəli binalar xidmətedici və yardımçı (köməkçi) təyinatlı obyektlər, abadlıq və s.) 4 mərtəbəli yaşayış binalarının tikinti işlərinə 24 076 360 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, işi “Diler İnşaat” QSC həyata keçirəcək.
Şirkət D-5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd (1,2,3,4,5 və 6 nömrəli binalar) 4 mərtəbəli yaşayış binalarının tikinti işlərinə görə də 12 984 241 AZN alacaq.
Layihələrə xərclənəcək məbləğ ümumilikdə 37 060 601 AZN-dir.
Sifarişçi “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsidir.
“Diler İnşaat” QSC-nin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-dır. Nizamnamə kapitalı 2 010 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur. Mətbuat yayılan və indiyədək təkzib olunmayan məlumatlarda bildirilir ki, QSC-nin əsl sahibi deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadədir.
Cabir