RU

Ömüralıyev: TDT-nin birgə peyk layihəsi icra mərhələsindədir

Türk dövlətlərinin birgə peyk layihəsi praktiki icra mərhələsindədir.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev TDT-nin qeyri-rəsmi sammitində bildirib.

Onun sözlərinə görə, beş şirkətdən ibarət konsorsiumun formalaşdırılması üzrə işlər başa çatıb və üç ixtisaslaşmış işçi qrupu yaradılıb.

O, bu layihəni rəqəmsallaşma və texnologiyalar sahəsində TDT-nin əməkdaşlığının mühüm istiqamətlərindən biri adlandırıb. Ömüralıyev həmçinin türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin və ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini bildirib.

Bununla yanaşı, o qeyd edib ki, ölkələr arasında qarşılıqlı ticarət potensialından hələ ki, tam istifadə olunmur.

TDT-nin baş katibi iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsinin və əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Ömüralıyev həmçinin Türk dövlətləri arasında birgə istehsal zəncirlərinin yaradılmasının və sənaye layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Избранный
20
missiya.az

1Источники