RU

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşfiq qəsəbəsi ərazisində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

DSMF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir ekoloji mühitin qorunmasına töhfə vermək, həssas sosial kateqoriyaya aid şəxslərin fəallığının artırılması və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb.

Aksiyada fondun rəhbər heyəti, əməkdaşları, həmçinin 50-dən çox müharibə iştirakçısı, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və onların övladları iştirak ediblər.

Tədbir çərçivəsində 100-dən çox mövsümə uyğun ağac əkilib.

Избранный
35
1
azerbaijan-news.az

2Источники