Yaponiyanın şimal-şərqində yerləşən Ofunato şəhəri yaxınlığında 6,7 bal gücündə zəlzələ baş verib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə,yeraltı təkanlar Ofunato şəhərindən 8 kilometr cənub-şərqdə, 62,9 kilometr dərinlikdə baş verib.
Hadisədən sonra insan itkisi və ya dağıntılar barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq da edilməyib.
NURİYYƏ