RU

BƏƏ Körfəz ölkələrini İrana qarşı hücuma razı sala bilmədi

BƏƏ hücumlara cavab olaraq qonşu Körfəz ölkələrini İrana qarşı kollektiv hərbi əməliyyata cəlb etməyə çalışsa da, bu təşəbbüs nəticəsiz qalıb.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan, ABŞ və İsrailin İrana hücumlara başlamasından qısa müddət sonra Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da daxil olmaqla Körfəz liderləri ilə bir sıra telefon danışıqları aparıb.

İranın ərəb ölkələrinə hücumlara başlaması və Hörmüz boğazını bağlamasından sonra Əl-Nəhyan kollektiv qisas zərbəsinin vacibliyini vurğulayıb. Ancaq digər Körfəz liderləri ona bunun onların müharibəsi olmadığını bildiriblər. Daha sonra BƏƏ İrana müstəqil hücum həyata keçirib və ardınca OPEC-dən çıxıb.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı diqqətini sülh danışıqlarına yönəldib. Adətən Səudiyyə ilə eyni mövqedə olan Bəhreyn və Küveyt də münaqişədən kənarda qalmağı seçib.

Daşqın HəsənovMissiya.Az

Избранный
16
missiya.az

1Источники