RU

Şakira DÇ-2026-nı rəsmi mahnısını təqdim etdi

Müğənni Şakira futbol üzrə 2026-cı il dünya çempionatının rəsmi mahnısının tam versiyasını təqdim edib.

Publika.az xəbər verir ki, kolumbiyalı sənətçi mahnını özünün “YouTube” kanalında yayımlayıb.

“Dai Dai” adlanan trek Burna Boy ilə birlikdə yazılıb. Bu, Şakiranın futbol üzrə dünya çempionatları üçün ifa etdiyi artıq üçüncü rəsmi himndir.

Bundan əvvəl o, 2010-cu il dünya çempionatı üçün məşhur “Waka Waka”, 2014-cü il mundialı üçün isə “La La La” mahnılarını təqdim etmişdi.

Избранный
50
publika.az

1Источники