ain.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az xəbər verir ki, bunu Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran «Israel Update - with Michael Doran and Gadi Taub» podkastında bildirib. Doranın sözlərinə görə, müttəfiqlik münasibətləri baxımından Azərbaycan İsrail üçün Hindistandan daha mühüm əhəmiyyət kəsb edə bilər. «Hindistan və İsrail arasındakı münasibətlər, eləcə də müdafiə sənayesi sahəsində artan əməkdaşlıq olduqca vacibdir. Lakin müharibə şəraitində real olaraq kimin yanınızda olmasından danışırıqsa, mən, yəqin ki, Azərbaycanı Hindistandan daha üstün tutardım», — deyə o qeyd edib. S.Həsənova
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.