RU

AQTA nın nümayəndəsi Parisdə beynəlxalq tədbirdə iştirak edir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Baş Qərargahında İdarəetməyə Nəzarət Komitəsinin 10-cu görüşü keçirilir. Komitənin işində ölkəmizi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Qalib Əbdüləliyev təmsil edir.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirin gündəliyinə dünya heyvan sağlamlığı sistemində aparılacaq islahatların planı, “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində insan-heyvan-ətraf mühit sağlamlığının qorunması, qida təhlükəsizliyi, həmçinin maliyyələşmə və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsi məsələləri daxildir.

Görüşdə əldə olunan nəticələr mayın 18-22-də keçiriləcək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) nümayəndələri Assosiasiyasının 93-cü Ali Baş Sessiyasında müzakirə ediləcək və təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Qeyd edək ki, ÜHST-də islahatların aparılması planının hazırlanması məqsədilə 2024-cü ildə İdarəetməyə Nəzarət Komitəsi yaradılıb. Komitədə ÜHST üzvü olan 183 dövlətdən 16-sı, o cümlədən Azərbaycan təmsil olunur. Ölkəmiz, həmçinin təşkilatın Avropa Regional Komissiyasına daxil olan 53 və Komitə üzvü olan 4 ölkədən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
azertag.az

1Источники