RU

Füzulidə I Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Cəfərovla vida mərasimi keçirilib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rafiq Şirvan oğlu Cəfərovla vida mərasimi keçirilib.

BAKU.WS report-a istinadən bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi (Aşağı Əbdürrəhmanlı) istiqamətində itkin düşüb.

R.Cəfərov Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
2
baku.ws

10Источники