RU

TDT-nin Baş katibi: Zəngəzur dəhlizinin inkişafı strateji əhəmiyyət daşıyır

BAKI, 15 may. TELEQRAF

Qonşu regionlarda davam edən münaqişələr ənənəvi nəqliyyat marşrutlarına mənfi təsir göstərərək qlobal tədarük zəncirləri üçün əlavə risklər yaradır və Asiya ilə Avropa arasında etibarlı, dayanıqlı və şaxələndirilmiş nəqliyyat şəbəkələrinə olan tələbatı artırır.

Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev "Qazinform"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri Orta Dəhlizin daha da inkişaf etdirilməsi və nəqliyyat-loqistika sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində hərtərəfli tədbirlər həyata keçirirlər:

"Bu gün Orta Dəhliz təkcə Şərqlə Qərb arasında alternativ marşrut deyil, həm də nəqliyyat əlaqələrinin dayanıqlılığını, iqtisadi asılılığı və regional təhlükəsizliyi təmin edən strateji körpü rolunu oynayır. Son illərdə TDT üzvü olan dövlətlər nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, Xəzər dənizi limanlarının ötürücülük qabiliyyətinin genişləndirilməsinə, dəmir yolu marşrutlarının və multimodal daşımaların inkişafına aktiv şəkildə investisiya yatırırlar. Xüsusilə, Bakı–Tbilisi–Kars dəmir yolu artıq öz səmərəliliyini nümayiş etdirərək tranzit daşımalarının artmasına və yüklərin çatdırılma müddətinin əhəmiyyətli dərəcədə azalmasına töhfə verib".

Baş katib Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin icrasının xüsusi əhəmiyyət kəsb etdiyini, bunun Orta Dəhlizə birbaşa qoşulma təmin edəcəyini və ticarət, tranzit, eləcə də regional inteqrasiya üçün yeni imkanlar açacağını qeyd edib:

"Bununla yanaşı, Zəngəzur dəhlizinin inkişafı, eləcə də Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tikintisi strateji əhəmiyyət daşıyır. Bu layihələr əlavə tranzit imkanları yaradacaq və Orta Dəhlizin qlobal nəqliyyat arxitekturasındakı mövqeyini daha da gücləndirəcək".

Избранный
55
teleqraf.com

1Источники