RU

"Rusiya istənilən vaxt nüvə zərbəsi endirməyə qadirdir” - Ukrayna Prezident Administrasiyasının rəhbəri

“Rusiyanın Ukraynaya istənilən anda nüvə zərbəsi endirmək üçün texniki imkanı var, lakin Kiyev hazırda Kremlin belə bir ssenariyə hazırlaşdığına dair heç bir əlamət görmür”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov "The Times" qəzetinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın nüvə arsenalı dünya üçün real təhlükə olaraq qalır.

"Rusiya istənilən vaxt və istənilən məsafədə nüvə zərbəsi endirməyə tamamilə qadirdir. Onun nüvə potensialı belə bir vəzifəni yerinə yetirməyə imkan verir. Lakin bu, hər şeydən əvvəl siyasi iradə məsələsidir", - deyə Budanov bildirib.

Daşqın HəsənovMissiya.Az

Избранный
36
missiya.az

1Источники