Nazirin sözlərinə görə, BMT və onun əsas strukturlarının islahatı bu gün də aktual olaraq qalır. O vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının üzvlərinin sayı və məsuliyyət dairəsi genişlənsə də, xüsusilə Təhlükəsizlik Şurası hələ də keçmiş dövrün reallıqlarını əks etdirir. Cayşankar qeyd edib ki, BMT islahatı ilə bağlı hökumətlərarası danışıqlarda müəyyən irəliləyiş əldə olunub və bir sıra ölkələr öz təkliflərini təqdim etmək imkanı qazanıblar. "Müzakirələr artıq daha predmetli xarakter alır. İndi mətn əsaslı danışıqlara keçməyin vaxtıdır", - deyə o bildirib.
Hindistanlı nazir xatırladıb ki, BRICS ölkələri BMT islahatlarını daha əvvəl də, o cümlədən Yohannesburq sammitində geniş müzakirə edib və bu məsələ yekun sənədlərdə əksini tapıb. Bununla yanaşı, o əlavə edib ki, islahatların reallaşdırılması üçün qarşıda hələ çox iş dayanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31