RU

Google-da YENİ SÜNİ İNTELLEKT: TAMAMİLƏ DƏYİŞİR

Ajans.az xəbər verir ki,  "Google Chrome" brauzerinin Android versiyasına süni intellekt dəstəkli bir sıra yeni funksiyalar əlavə etməyə hazırlaşır. Şirkətin Gemin 3.1 modeli ilə gücləndirdiyi bu yeniliklər mobil brauzer istifadəsini daha ağıllı və daha şəxsi etməyi hədəfləyir. İyunun sonundan etibarən ilk olaraq ABŞ-də istifadəyə veriləcək funksiyalar arasında səhifələrin qısa xülasəsini hazırlamaq, şəkilləri redaktə etmək və gündəlik işləri avtomatik yerinə yetirən “auto browse” sistemi diqqət çəkir. Yeni sistem sayəsində istifadəçilər "Chrome"-un sağ yuxarı hissəsində yerləşən "Gemini" ikonuna toxunaraq baxdıqları səhifə haqqında anında suallar verə biləcəklər. Uzun məqalələri bir neçə saniyə ərzində qısa şəkildə oxumaq, mürəkkəb mövzuları daha sadə formada anlamaq və ya saytdakı konkret məlumatı tapmaq mümkün olacaq. Bundan əlavə, bu imkanlar yalnız brauzerlə məhdudlaşmayacaq. "Gemini", "Google"-un digər xidmətləri ilə də əlaqə qura biləcək. Məsələn, istifadəçi hər hansı tədbir səhifəsində olarkən tarixi birbaşa "Google Calendar"-a əlavə edə, reseptdəki ərzaq siyahısını "Google Keep" tətbiqinə köçürə və ya Gmail daxilində müəyyən məlumatları tapa biləcək. “Nano Banana” ilə şəkilləri tam dəyişmək mümkün olacaq "Google"-un təqdim etdiyi ən diqqətçəkən yeniliklərdən biri də “Nano Banana” adlı vizual sistemdir. Bu funksiya vasitəsilə istifadəçilər internetdə gördükləri şəkilləri birbaşa "Chrome" üzərindən redaktə edə biləcəklər. Məsələn, imtahana hazırlaşarkən dərs səhifəsini “məlumatlandırıcı infoqrafikaya çevir” əmri ilə vizuallaşdırmaq mümkün olacaq. Eyni zamanda boş bir ev elanına baxarkən “müasir qonaq otağı mebelləri əlavə et” əmri ilə otağın dizayn edilmiş görnüşünü bir neçə saniyə ərzində görmək mümkün olacaq. Sıxıcı işləri artıq "Chrome" yerinə yetirəcək "Google"-un “auto browse” adlandırdığı yeni sistem gündəlik işlərin avtomatik şəkildə yerinə yetirilməsinə yönəlib. Məsələn, stand-up şousuna gedərkən avtomobil dayanacağı rezerv etməyi unutmusunuzsa, "Chrome" bilet məlumatlarınızdan tədbirin detallarını götürərək sizin üçün uyğun park yeri tapa biləcək. Yaxud böyüyən itiniz üçün bala yemindən böyük it yeminə keçmək lazımdırsa, "Chrome" bunu "Chewy" sifarişinizdə avtomatik yeniləyə biləcək. Bu funksiyalar istifadəçilərdə “telefon məndən daha təşkilatlıdır” hissi yarada bilər. "Google"-un məqsədi isə gündəlik işləri daha rahat və sürətli etməkdir. Hansı telefonlara gələcək?

"Gemini" dəstəkli yeni "Chrome" funksiyaları Android 12 və daha yeni əməliyyat sisteminə sahib bəzi cihazlarda iyunun sonunda ABŞ-də istifadəyə veriləcək. “Auto browse” funksiyası isə yalnız AI Pro və AI Ultra abunəçiləri üçün əlçatan olacaq. Gələcəkdə funksiyaların daha çox bölgədə istifadəyə verilməsi planlaşdırılır.

Избранный
112
Ajans.az

1Источники