RU

“AYNA MaaS”a WUF13 funksiyası əlavə olunub

Bakı, 15 may, AZƏRTAC

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü (WUF13) sessiyası ilə əlaqədar “AYNA MaaS” mobil tətbiqinə yeni funksiya əlavə olunub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, qonaqlar və tədbir iştirakçıları tətbiqdə WUF13 funksiyasını aktivləşdirməklə sessiyanın keçiriləcəyi günlərdə səyahətlərini daha asan və rahat edə bilərlər.

İstifadəçilər xəritədə xüsusi WUF13 dayanacaqlarını görə və seçdikləri dayanacaqlar üçün avtobusların gəliş vaxtlarını real zaman rejimində izləyə bilərlər.

Həmçinin "Gedəcəyiniz yer" bölməsində "Bakı Olimpiya Stadionu"na daxil olaraq məkana səyahəti planlaşdırmaq mümkündür.

Ətraflı məlumat üçün təlimat videosu

Избранный
30
4
azertag.az

5Источники