Ağcabədidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, hadisə Hindarx qəsəbəsində qeydə alınıb. Rayonun Boyat kənd sakini Hafiz Qaraxan oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı minik maşını 2012-ci il təvəllüdlü piyada Röyal Hürbət oğlu İbrahimovu vurub. 14 yaşlı R.İbrahimov hadisə yerində həyatın itirib. Faktla bağlı araşdırma aparılır.