RU

Bağçada uşaq ağır sərxoş halında xəstəxanalıq oldu

Yazını böyüt
Yazını kiçilt

Fransada iki yaşlı qız uşaq bağçasından sərxoş halda qayıdıb.

Hafta.az xəbər verir ki, Senlis şəhər prokurorluğu azyaşlının ağır alkoqol sərxoşluğu ilə xəstəxanaya yerləşdirilməsindən sonra ilkin istintaqa başlayıb. Valideynlərin sözlərinə görə, onlar övladlarını səhər saatlarında bağçaya aparıblar. Günorta saatlarında isə müəssisənin əməkdaşları onlara zəng edərək qızın "dayanmadan yıxıldığını" bildiriblər.

Xəstəxanada aparılan müayinələr zamanı uşağın qanında alkoqolun səviyyəsinin 2.14 qram/litr olduğu müəyyən edilib. Tibb işçiləri uşağın "tamamilə sərxoş" olduğu qənaətinə gəliblər.

Hadisədən dərhal sonra uşaq bağçasının fəaliyyəti müvəqqəti dayandırılıb. Məlumata görə, müalicə alan azyaşlının vəziyyəti hazırda qənaətbəxşdir./"Le Figaro"/

Избранный
69
hafta.az

1Источники