RU

ABŞ-ın Tayvanla bağlı mövqeyi dəyişib?

ABŞ Prezidenti Donald Tramp və Çin sədri Si Cinpinin görüşündən sonra Vaşinqton Tayvan məsələsi ilə bağlı mövqeyini dəyişməyib.

Publika.az xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində bildirib.

Rubio əlavə edib ki, bu mövqe bir çox prezident administrasiyaları dövründə kifayət qədər ardıcıl olub və hazırda da dəyişməz qalır.

Onun sözlərinə görə, Pekin danışıqlar zamanı bu məsələni qaldırsa da, mövzu ön planda olmayıb. Həmçinin Rubio Tayvanın Çin tərəfindən məruz qaldığı artan hərbi təzyiqi tənqid edib.

Избранный
81
publika.az

1Источники