RU

Tramp boksçularla görüşdü

Qarşıdan gələn “UFC White House - Freedom 250” turnirinin iştirakçıları — braziliyalı Aleks Pereyra, ispan-gürcü İliya Topuriya, amerikalı Castin Qetji və fransız Siril Qan ABŞ prezidenti Donald Trampla Oval ofisdə görüşüblər.

Xatırladaq ki, boks şousu iyunun 15-də Vaşinqtonda keçiriləcək.

Tramp görüşdən sonra mətbuat konfransında bunları deyib:

“Küçənin o biri tərəfindəki parkda, düşünürəm ki, 75-100 min azarkeş qəbul edə biləcəyik. Biletlər pulsuz olacaq. Təşkilatçılar səkkiz nəhəng ekran quraşdıracaq və döyüşləri yayınlayacaqlar. Və burda, Ağ Evin qarşısındakı qazonda tamaşaçılar üçün 4000 oturacaq olacaq”.
Избранный
38
1
football-plus.az

2Источники