RU

Politoloq: “ABŞ alyans olmadan qlobal hegemonluğunu qoruya bilməz”

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ dövlət katibi Marco Rubio bildirib ki, İranla gərginlik fonunda bəzi NATO ölkələrinin ABŞ-a hərbi bazalardan istifadə icazəsi verməməsi alyans daxilində ciddi etimad problemi yaradır. Rubio-nun fikrincə, Vaşinqton NATO xərclərinin əsas hissəsini ödədiyi halda, bəzi müttəfiqlərin yalnız öz maraqlarına uyğun davranması ittifaqın funksionallığını sual altına qoyur. O vurğulayıb ki, ABŞ milli maraqlarını müdafiə etmək üçün bu bazalardan istifadə edə bilməyəcəksə, NATO-nun strateji əhəmiyyəti yenidən müzakirə olunmalıdır.Bu açıqlamalar NATO daxilində yeni siyasi və hərbi parçalanmanın başlanğıcı hesab oluna bilərmi?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, NATO daxilində narazılıqların və fikir ayrılıqlarının yaranmasının əsas səbəbi ABŞ prezidenti Donald Trumpın verdiyi açıqlamalar və sərgilədiyi mövqedən qaynaqlanır.

“Ağ Ev rəhbərinin öz müttəfiqi olan Kanadanı Birləşmiş Ştatların 51-ci ştatı kimi təqdim etməsi, Danimarkanın Qrenlandiya adası ilə bağlı məsələlərə dair iddiaları, Ukrayna–Rusiya müharibəsində Qərbin təhlükəsizlik maraqlarını kifayət qədər nəzərə almaması, həmçinin tarif siyasəti ABŞ-a olan inamı ciddi şəkildə zədələdi. NATO-nun Nizamnaməsi işğalçılıq üzərində deyil, beynəlxalq sülhün və təhlükəsizliyin, üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin müdafiəsi prinsiplərinə söykənir”, – deyə politoloq bildirib.

Politoloqun fikrincə, İran nə Qərb, nə də ABŞ üçün birbaşa təhlükə mənbəyi deyil. Onun sözlərinə görə, əsas təhlükə Rusiyadan qaynaqlanır və kollektiv Qərb də öz maraqları kontekstində İran məsələsinə yanaşmağa məcburdur.

Əli Orucov hesab edir ki, NATO ABŞ üçün vazkeçilməz siyasi-hərbi alətdir.

“Bu alyans olmadan Birləşmiş Ştatlar qlobal hegemonluğunu təmin edə bilməz. Vaşinqtonun NATO-dan uzaqlaşması Qərbin timsalında özünə qarşı yeni hərbi-siyasi gücün meydana çıxması deməkdir. İranla mümkün müharibə fonunda da aydın oldu ki, alyansın iştirakı olmadan hərbi uğur qazanmaq çətindir”, – deyə o bildirib.

Politoloqun sözlərinə görə, NATO-nun ABŞ-ın maraqlarını birtərəfli, təmənnasız və qeyd-şərtsiz qorumaq kimi öhdəliyi yoxdur.

“Tramp komandası istədiklərini əldə etmək üçün şantaj və ittiham üsullarına geniş yer verir. Nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatların Çin kimi getdikcə güclənən və Rusiya kimi aqressiv siyasət yürüdən nüvə dövlətləri ilə ciddi rəqabəti mövcuddur”, – deyə politoloq vurğulayıb.

Əli Orucovun fikrincə, alyans daxilində müəyyən narazılıqlar və qarşılıqlı güvənsizliklər olsa da, NATO-nun parçalanacağı gözlənilmir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
bizimyol.info

1Источники