RU

Təyyarədə kim əşyasını necə tapmalı?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hava limanlarında sərnişin sıxlığının artması itirilən əşyalarla bağlı müraciətlərin sayına da təsir edir. AZAL sərnişinlərə səyahət zamanı şəxsi əşyalarına diqqətlə yanaşmağı tövsiyə edir. Müraciət zamanı uçuş məlumatlarının və əşyanın təsvirinin təqdim edilməsi axtarış prosesinin daha operativ aparılmasına kömək edir.Təyyarələrdə və hava limanlarında sərnişinlərin ən çox itirdiyi əşyalar hansılardır və vətəndaşlar belə hallarda hansı prosedurlara əməl etməlidirlər?

Bu barədə Bizimyol.info xəbər portalına “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, itirilmiş əşyalarla bağlı prosedurlar hadisə məkanından asılı olaraq dəyişir.

Əşya terminal ərazisində itirildikdə:

“Əgər sərnişin əşyasını Heydər Əliyev Beynəlxalq Aeroportunun terminalı ərazisində (təhlükəsizlik nəzarəti zamanı, gözləmə zonası və ya ümumi zallarda) itiribsə, bu zaman Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Nəzarət-Monitorinqi Mərkəzinə müraciət etməlidirlər. Mərkəzlə əlaqə saxlamaq üçün sərnişinlər 099-327-66-06 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Əgər sərnişin şəxsi əşyasını səyahət etdiyi xarici ölkənin hava limanında itiribsə, bu zaman müvafiq hava limanının “Lost&Found”, yəni (Tapıntılar və İtkilər) bürosuna yaxınlaşmaq lazımdır”.

Əşya təyyarə salonuna unudulduqda:

“Sərnişin şəxsi əşyasını təyyarədə unutduğuna əmin olduğu təqdirdə dərhal aviaşirkətin Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən yerüstü xidmətlər bölməsinə müraciət etməlidir. Müraciət üçün sərnişinlər 050-246-10-29 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Qeyd edək ki, AZAL sərnişinləri təyyarədə unudulmuş əşyalarla bağlı [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər”.

Paşa Kəsəmənski qeyd edib: “Həmçinin hadisə xarici hava limanında baş verdiyi halda sərnişinlər aviaşirkətin nümayəndəsinə və ya eniş edilən aeroportun müvafiq yerüstü xidmətlər bölməsinə yaxınlaşmalıdırlar.

Bununla yanaşı, prosesin səmərəliliyi baxımından müraciət zamanı sərnişinlərdən bir sıra məlumatlar tələb olunur. Bu məlumatlara sərnişinin adı, soyadı və əlaqə nömrəsi, müvafiq uçuşun nömrəsi, tarixi və marşrutu, eləcə də təyyarədəki oturacaq nömrəsi daxildir. Prosesin sürətli olması üçün sərnişinin itən əşyanın növünü, markası və rəngini, ölçüsü və fərqləndirici xüususiyyətlərini, həmçinin hadisənin baş verdiyi təxmin olunan məkanı və vaxtı bildirməsi vacibdir. Eyni zamanda itən əşya çanta və ya portmanat olduğu təqdirdə içərisindəki əşyaların siyahısı da proses zamanı sərnşindən tələb oluna bilər.

Qeyd edək ki, tapılan bütün əşyalar qeydiyyata alınaraq hava limanının xüsusi Tapıntılar və İtkilər ("Lost & Found") anbarlarında saxlanılır. Bu səbəbdən əşyanı təhvil alarkən sərnişinin şəxsiyyəti təsdiq edən sənədini təqdim edilməsi mütləqdir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
bizimyol.info

1Источники