RU

Netanyahunun səhhəti ilə bağlı yeni açıqlama

Benyamin Netanyahu 2025-ci ilin sonunda aşkar edilən prostat xərçəngindən tamamilə sağaldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İsraildə yayımlanan Channel 14 telekanalının xəbərinə görə, Netanyahu məhkəmədə belə deyib: 

“Sağlamlıq vəziyyətim normaldır, hətta bəzilərinə görə mükəmməldir. 24 aprel tarixində bildirildiyi kimi, mən pankreas xərçəngi keçirməmişəm. Əgər belə olsaydı, bu gün burada olmazdım”.

Baş nazir Benyamin Netanyahunun pankreas xərçənginə tutulduğu iddiasını səsləndirən vəkil-aktivist Gonen Ben Yitzhak və israilli jurnalistlər Uri Misgav ilə Ben Caspit əleyhinə açdığı məhkəmə işinin iclası bu gün Təl- Əvivdə keçirilib.

Sağlamlıq vəziyyətinin normal, hətta bəzi insanların fikrincə mükəmməl olduğunu bildirən Netanyahu pankreas xərçənginə heç vaxt tutulmadığını, lakin 2025-ci ilin sonunda prostatında şiş aşkar edildiyini deyib: 

“Prostatımla bağlı kiçik bir sağlamlıq problemim var idi və tamamilə müalicə olundu. Şükürlər olsun ki, bu problem artıq geridə qalıb".

Hakim Menaçem Mizrahi ötən həftə Netanyahunun aktual tibbi sənədlərinin və prostat xərçənginə nə vaxt tutulduğunu göstərən hesabatların məhkəməyə təqdim edilməsini istəmişdi.

Netanyahu 2026-cı ilin aprel ayında yayımladığı videoda prostatındakı bədxassəli lezyona görə radioterapiya müalicəsi aldığını ilk dəfə ictimaiyyətə açıqlamışdı.

İsraildə ən uzun müddət baş nazir vəzifəsində qalan 76 yaşlı Netanyahu son illərdə bir sıra sağlamlıq problemləri ilə üzləşib.

Избранный
36
cebheinfo.az

1Источники