RU

Tramp ailəsindən Gürcüstana nəhəng sərmayə: Görün nə tikəcəklər

ABŞ prezidenti Donald Tramp ailəsi Gürcüstanda yeni iri daşınmaz əmlak layihəsinə start verir. Məlumata görə, Tbilisidə “Trump Tower Tbilisi” adlı 70 mərtəbəli lüks yaşayış kompleksi inşa olunacaq və bu bina ölkənin ən hündür tikilisi ola bilər.

Publika.az xəbər verir ki, layihə barədə məlumatı Erik Tramp açıqlayıb və "X"də gələcək göydələnin təsvirini paylaşıb.

Erik Tramp layihənin təqdimatında bildirib ki, “Tramp” adı dünyada ən lüks daşınmaz əmlak layihələri ilə assosiasiya olunur və Tbilisi layihəsi bu ənənəni davam etdirəcək: “Biz bu beynəlxalq keyfiyyət standartını Gürcüstana gətirməkdən qürur duyuruq və peşəkar tərəfdaşlarla işləməkdən məmnunuq”.

Məlumata görə, layihənin əsas tərəfdaşlarından biri Tbilisidə fəaliyyət göstərən “Archi Group” şirkətidir. Şirkətin Gürcüstanın sabiq Baş naziri Bidzina İvanişvili ilə yaxın əlaqələrinin olduğu iddia edilir. İvanişvili Qərbdə Gürcüstanda demokratik proseslərə təsir göstərdiyi iddiaları ilə tənqid olunur və əvvəlki ABŞ administrasiyası dövründə sanksiya siyahısına da daxil edilib.

Araşdırmalara görə, “Archi Group”un rəhbəri İliya Tsulaya keçmişdə İvanişvili ilə bağlı siyasi çevrələrlə əlaqədə olub və ABŞ qanunvericilərinin hazırladığı sanksiya siyahılarında adı keçib. Lakin o, sanksiyalara məruz qalmayıb.

Избранный
29
publika.az

1Источники