RU

2027-ci il ”Qremmi” mükafatlandırma mərasiminin tarixi açıqlandı


2027-ci il üçün “Qremmi” mükafatlandırma mərasimi 7 fevral 2027-ci ildə keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
“69-cu illik mərasim 7 fevral 2027-ci ildə Los-Ancelesdə keçiriləcək”, - telekanal bildirib.
Məlumata görə, namizədlər 16 noyabrda açıqlanacaq.
1972-ci ildən bəri ilk dəfə olaraq mükafatlandırma mərasimi ABC telekanalı tərəfindən yayımlanacaq. “Qremmi” mükafatlarını “Hulu” və “Disney+”da onlayn izləmək mümkün olacaq.
Səsvermənin ilk turu oktyabr ayında keçiriləcək və qaliblər dekabr-yanvar aylarında seçiləcək.
Избранный
47
1
yeniavaz.com

2Источники