Bu gün Ağ Ev ABŞ və Çin liderləri arasında keçirilən görüşdə Hörmüz boğazının açıq saxlanılmasının vacibliyi barədə razılıq əldə olunduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Məlumata görə, tərəflər İranla bağlı gərginlik fonunda boğazın qlobal ticarət üçün açıq qalmasının strateji əhəmiyyətini müzakirə ediblər.
Çin lideri Si Cinpin görüşdən sonra bildirib ki, Pekin Hörmüz boğazından istifadə üçün rüsumların tətbiqinə qarşıdır.
Ağ Evin rəsmiləri Si Cinpinin İranla münaqişənin sona çatmasına dair konkret öhdəlik götürüb-götürmədiyini açıqlamayıb.
Musavat.com