RU

Gürcüstanın azərbaycanlılar yaşayan rayonunda dəhşətli qəza - 7 ÖLÜ

Gürcüstanın Qardabani rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, qəza bu gün səhər saatlarında rayonun Birlik kəndi ərazisində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Faciə nəticəsində 7 nəfər həyatını itirib. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

İlkin ehtimallara görə, qəzanın baş verməsinə sürət həddinin aşılması səbəb olub. Güclü zərbə nəticəsində avtomobil tamamilə yararsız hala düşüb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaqa başladığını açıqlayıb. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Qəzanın dəqiq başvermə səbəbləri araşdırılır.

Şahanə Rəhimli
Musavat.com

Избранный
56
21
musavat.com

10Источники