RU

Pezeşkian DÇ-2026-ya yollanacaqİRAN YIĞMASININ DÜŞƏRGƏSİNDƏ OLUB

İran Prezidenti Məsud Pezeşkian futbol üzrə 2026-cı il Dünya Çempionatına (DÇ-2026) yollanacaq yığma komandanın düşərgəsində olub və oyunçulara uğurlar arzulayıb.

 

Bu barədə SNNTV məlumat yayıb.

 

"Dua edirik ki, ləyaqətlə qayıdın, meydanda İranın şöhrəti üçün bütün gücünüzlə çıxış edin", - Pezeşkian deyib.

 

Qeyd edək ki, 2026-cı ilin 28 fevralında ABŞ və İsrailin İrana hücumlarından sonra İslam Respublikasının DÇ-2026-ya yollanması sual altına düşüb, çünki mundialın oyunları ABŞ, Kanada və Meksikada təşkil olunacaq. İran komandası G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə üz-üzə gələcək. G qrupunun oyunlarının isə ABŞ-da keçirilməsi planlaşdırılıb.

 

Bu səbəbdən İran yığmasının oyunlarının Meksikada keçirilməsi barədə müzakirələr aparılırdı, lakin Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, FIFA 2026-cı il dünya çempionatının qrup mərhələsində İran yığmasının iştirakı ilə keçiriləcək matçları ABŞ-dan Meksikaya köçürməmək qərarına gəlib.

 

Aprelin 30-da FIFA-nın rəhbəri Canni İnfantino da İran yığmasının oyunlarının ABŞ-da baş tutacağını açıqlayıb.

 

“Report” xatırladır ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Избранный
41
4
senzor.az

7Источники