525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Nigeriya məhkəməsi dünən dələduzluqda ittiham olunaraq qiyabi həbs edilən ölkənin sabiq energetika naziri Saleh Mamman haqqında qərar çıxarıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ona 75 illik həbs cəzası kəsilib.
Mammanın nazir olduğu dövrdə 33,8 milyard nayr (24,71 milyon dollar) mənimsədiyi sübuta yetirilib.
Qeyd edək ki, Mamman 2019-2021-ci illərdə bu posta çalışıb. 2021-ci ilin sentyabrında isə prezident Muhammadu Buharinin əmri ilə istefaya göndərilib.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.