RU

Qızıl və gümüş ucuzlaşır - ŞƏRH

Qızıl və gümüş qiymətlərində müşahidə olunan geriləmə əsasən qlobal maliyyə bazarlarında riskin artması ilə əlaqələndirilir. Son günlər ABŞ fond bazarlarında, xüsusilə texnologiya sektorunda yüksəliş investorların bir hissəsinin yenidən riskli aktivlərə yönəlməsinə səbəb olub. Bu isə ənənəvi “təhlükəsiz liman” hesab edilən qızıl və gümüşə tələbi müəyyən qədər zəiflədib.

Diqqətçəkən məqam odur ki, qızıldakı eniş olduqca məhduddur — cəmi 0,03%. Bu, bazarın hələ də ehtiyatlı mövqedə qaldığını göstərir. Çünki geosiyasi risklər, qlobal borclanmanın artması və dünya iqtisadiyyatında qeyri-müəyyənlik qızılı dəstəkləyən əsas faktorlar olaraq qalır. Başqa sözlə, investorlar tam şəkildə qızıldan çıxmırlar, sadəcə qısamüddətli mənfəət realizasiyası və portfel balanslaşdırılması müşahidə olunur.

Gümüşdə isə eniş daha sərt — 2%-dən çoxdur. Bunun səbəbi gümüşün yalnız qiymətli metal deyil, həm də sənaye metallarından biri olmasıdır. Qlobal sənaye aktivliyi və Çin iqtisadiyyatı ilə bağlı narahatlıqlar gümüşə təzyiq yaradır. Xüsusilə Çin iqtisadiyyatında zəif tələbat siqnalları sənaye metalları bazarına mənfi təsir edir.

Digər mühüm amil ABŞ-də inflyasiya göstəriciləridir. İnflyasiyanın zəifləməsi bazarda Federal Reserve tərəfindən faiz endirimi ehtimalını artırsa da, dolların tam zəifləməməsi və istiqraz gəlirliliklərinin müəyyən səviyyədə qalması qızılın sürətli yüksəlişini məhdudlaşdırır.

Избранный
3
1
aznews.az

2Источники