RU

Benyamin Netanyahu BƏƏ-yə gizli səfər edib

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı son hərbi əməliyyatlar fonunda Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gizli səfər etdiyi məlum olub.

AzNews.az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası rəsmi məlumat yayıb.

Səfər çərçivəsində Netanyahu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla bir araya gəlib. Görüşdə regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Избранный
114
aznews.az

1Источники