RU

Avrokuboklardan kənarda qala bilərlər

style='margin-bottom:10px;'>

Fransanın “Lion” klubu növbəti mövsümdə avrokuboklardan kənarda qala bilər.

QOL.az xəbər verir ki, “The Telegraph” nəşrinin məlumatına görə, UEFA klubun ötən yay imzalanmış maliyyə feyr-pleyi razılaşmasının şərtlərini pozduğunu müəyyənləşdirib. Bildirilir ki, maliyyə öhdəliklərinin ciddi şəkildə yerinə yetirilməməsi “Lion”un idman nəticələrindən asılı olmayaraq beynəlxalq turnirlərdə iştirakını sual altına salıb.

Mümkün diskvalifikasiya qərarının qüvvəyə minməsi halında, klubun avrokuboklardakı yerini digər Fransa təmsilçiləri olan “Marsel” və ya “Renn” tuta bilər.

Qeyd edək ki, “Lion” Fransa Liqa 1-də geridə qalan 33 turdan sonra 60 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Избранный
40
1
teleqraf.com

2Источники