RU

Bakıda WUF13 çərçivəsində “Woodlife Sweden” sərgisinin açılışı olub - FOTO

İsveçin Bakıdakı səfirliyi ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində mayın 13-də “Woodlife Sweden” sərgisinin açılışını edib.

Aznews.az xəbər verir ki, İsveç İnstitutu tərəfindən, İsveçin aparıcı memarlıq və dizayn şirkətləri ilə birgə hazırlanmış “Woodlife Sweden” sərgisi ölkənin müxtəlif regionlarından 48 innovativ taxta memarlıq layihələrini təqdim edir.

Sərgi İsveçin davamlı tikinti sahəsində qabaqcıl mövqeyini nümayiş etdirərək, müasir ağac texnologiyalarının iqlimə uyğun şəhər inkişafını necə dəstəklədiyini və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını nümayiş etdirir.

Açılış mərasimində çıxış edən İsveçin Azərbaycandakı səfiri cənab Tobias Lorentzson qeyd edib ki, sərginin təşkili Azərbaycanın WUF13 çərçivəsində beynəlxalq ekspertləri, siyasətçiləri və şəhərsalma üzrə liderləri Bakıda qəbul etməyə hazırlaşdığı bir vaxtda xüsusi əhəmiyyət kəsb edir.

Səfir eyni zamanda vurğulayıb ki, İsveçin bərpa olunan materiallardan istifadə və aşağı karbonlu tikinti sahəsindəki təcrübəsi qlobal şəhər gündəliyinə mühüm töhfələr verir və bu təcrübə İsveçlə Azərbaycan arasında dayanıqlı tikinti, innovasiya və şəhərsalmanın inkişafı sahəsində əməkdaşlığa təkan verəcək.

Избранный
24
3
aznews.az

4Источники