RU

Biz çox gözəl boşandıq

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur türk aktrisa Pelin Karahan 12 illik evliliyini sonlandırdığı Bedri Güntay ilə bağlı ortaya atılan xəyanət iddialarına ilk dəfə aydınlıq gətirib. Demokrat.az xəbər verir ki, Saba Tümerin proqramına qonaq olan Karahan boşanma prosesinin iddia edildiyi kimi qalmaqallı keçmədiyini bildirib.Keçən ilin aprel ayında razılaşma yolu ilə ayrılan cütlük boşanma sonrası verdikləri ortaq açıqlamada evliliklərini sevgi və hörmət çərçivəsində bitirdiklərini bildirmişdi. İki uşaq sahibi olan cütlüyün ayrılığı ilə bağlı yayılan xəyanət iddiaları isə uzun müddət gündəmdə qalmışdı.Səssizliyini pozan Pelin Karahan bu iddiaları qəti şəkildə təkzib edib. O, “Xəyanət iddiaları yalan xəbərdir. Bizim başqa səbəblərimiz var idi” deyərək ayrılığın səbəbinə dair açıqlama verib.12 illik evlilikləri boyunca zaman-zaman eniş-yoxuşlar yaşadıqlarını deyən Karahan ayrılıq prosesini yetkin şəkildə idarə etdiklərini bildirib. “Biz çox gözəl ayrıldıq. Birlikdə boşanmağa getdik, birlikdə evə qayıtdıq. Hələ də hər gün danışırıq”, deyə aktrisa qeyd edib.Övladları üçün ünsiyyəti güclü saxlamağa davam etdiklərini vurğulayan Pelin Karahan keçmiş həyat yoldaşı Bedri Güntay haqqında “Hələ də ən yaxşı dostlarımdan biridir. Axı o, uşaqlarımın atasıdır” ifadələrini işlədib. Onun “Biz ailə anlayışını ər-arvad olaraq bitirdik” sözləri isə sosial şəbəkələrdə geniş müzakirə olunub.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
demokrat.az

1Источники