RU

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

PAŞA Bank yeni biznes hesabı açan kiçik və orta sahibkarlara limitsiz biznes köçürmələrini komissiyasız icra etmək imkanı verən kampaniyaya başlayıb. Kampaniya çərçivəsində hesab aktivləşən gündən növbəti 3 ay ərzində ölkədaxili, beynəlxalq ödənişlər və valyuta mübadiləsi əməliyyatları tam pulsuz həyata keçirilə bilər.

Sahibkarlar pulsuz köçürmələrdən 10 tranzaksiya çərçivəsində yararlana bilərlər. Həmçinin, biznes hesabının açılması prosesi sadələşdirilərək cəmi 3 dəqiqəyə mümkün olub, video verifikasiya isə Sima imza vasitəsilə əlavə gözləmə olmadan tamamlanır. Kampaniya 12 iyun 2026-cı il tarixinədək davam edəcək.

PAŞA Bank həmçinin beynəlxalq səviyyədə bir sıra mükafatlarla təltif olunub. Bank 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb, həmçinin “Euromoney”, “Global Finance” və “Stevie Awards” tərəfindən müxtəlif nominasiya və mükafatlara sahib olub.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Избранный
42
azerbaijan-news.az

1Источники