RU

Hantavirus pandemiyaya çevrilə bilərmi?

Hantavirus ilk dəfə Argentinadan Afrikaya gedən bir sərnişin gəmisində yayılıb.

Gəmidəki 8 şübhəli yoluxma halından 5-i təsdiqlənib və 3 nəfər həyatını itirib.

Virusa ilk yoluxan şəxslərin Cənubi Amerikada qatıldıqları quş müşahidə turu zamanı infeksiya aldığı ehtimal edilir.

Aralarında türkiyəli "YouTube" Ruhi Çenet və operatorunun da olduğu 30 sərnişin 12 fərqli ölkəyə dağıldığı üçün beynəlxalq izləmə prosesi başladılıb.

Virusun necə yayıldığına gəlincə, hantavirus əsasən gəmiricilərin nəcis, sidik və ya tüpürcək qalıqlarının tənəffüs yolu ilə orqanizmə daxil olması nəticəsində yoluxur.

Bu hadisə ilə birlikdə virusun insandan insana keçməsinin sənədləşdirilməsi narahatlıq yaratsa da, bunun yalnız “yaxın və uzunmüddətli təmas” zamanı mümkün olduğu, hava yolu ilə yayılmadığı vurğulanır.

Bu vəziyyət dünyada yeni pandemiya qorxusu yaratsa da, Ümumdünya Səhiyyə Təşkilatı bunun qlobal pandemiya anlamına gəlmədiyini, virusun yayılma formasının COVID-19-dan fərqli olduğunu və riskin aşağı səviyyədə qaldığını açıqlayıb.

Həmidə İbrahimova

Избранный
21
3
hakimiyyet.az

4Источники