RU

Filippin Senatında silahlı insident

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarı çıxardığı siyasətçi Ronald de la Rosanın gizləndiyi iddia edilən Filippin Senatında atışma baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hadisə zamanı ilkin məlumata əsasən xəsarət alan olmayıb.

Senat katibi Mark Llandro Mendoza bildirib ki, hüquq-mühafizə orqanları hazırda vəziyyəti qiymətləndirir və insidentin detalları araşdırılır.

Hadisənin hansı səbəbdən baş verdiyi və atışmanın kimlər arasında baş verdiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
51
1
redaktor.az

2Источники