RU

Vahid Avropa ordusu yaradılsın - İspan nazir 

Avropa İttifaqı (Aİ) özünün vahid ordusunu yaratmalıdır. Ölkə.az xəbər verir ki, belə bir təkliflə İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez çıxış edib.

"Hər səhər ABŞ-nin bundan sonra nə edəcəyini düşünərək oyanmamalıyıq. Bizə ordu, ortaq müdafiə qabiliyyəti lazımdır", - o qeyd edib.

Nazir bu qərarın Avropa və ABŞ arasındakı fikir ayrılıqları kontekstində zəruri olduğunu qeyd edib. O həmçinin bildirib ki, Aİ-nin hərbi potensialının gücləndirilməsi NATO-nu zəiflətməyin bir yoludur. Albares əlavə edib ki, İspaniya ABŞ-ı Avropanın tarixi müttəfiqi hesab edir.

Mürtəza

Избранный
10
olke.az

1Источники