RU

Sərhədlər açılır: Ermənistan bazarını bu türk qardaşlar nəzarətə götürəcək

Bəzi məlumatlara görə, Türkiyə tərəfi 7 iyun tarixinə qədər Ermənistanla sərhədlərin açılması üçün addımlar atmağa hazırlaşır.

Publika.az xəbər verir ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistanda bəzi qüvvələri qorxudub. Ya da onlar bilərəkdən əhali arasında xof yaradır.

“Hraparak”da dərc edilmiş yazını da bu qəbildən saymaq olar. Məqalədə bildirilir ki, sərhədlərin açılacağı xəbərlərinin yayılması fonunda türk iş adamları Ermənistan bazarını araşdırmağa başlayıblar.

“Onlar digər addımları da nəzərdən keçirirlər. Məsələn, Ermənistana hansı türk məhsullarını idxal edə biləcəklərini görmək üçün Ermənistan bazarını araşdırırlar. Ümumiyyətlə, onlar bazarımızı tamamilə öz nəzarətlərinə almağı planlaşdırırlar və yalnız kənardan monitorinq aparmırlar, həm də səfərlər edirlər. Türkiyə mənbələrinə görə, sərhədlərin açılması halında Ermənistan bazarını türk malları ilə doldurmaq vəzifəsinə İğdırda yaşayan və fəaliyyət göstərən Bahar soyadlı iş adamı olan üç qardaş rəhbərlik edir.

Избранный
23
publika.az

1Источники