RU

Ançelotti Neymarı Braziliyanın geniş heyətinə daxil edib

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı üçün milli komandanın genişləndirilmiş oyunçu siyahısını Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) təqdim edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “BeSoccer” nəşri məlumat yayıb.

Məlumata görə, Ançelotti siyahıya 55 oyunçunu, o cümlədən Braziliyanın bütün zamanların ən çox qol vuran oyunçusu Neymarı da daxil edib.

Hücumçu 2023-cü ilin oktyabr ayından bəri milli komandada oynamayıb.

Qeyd edək ki, Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək. Braziliya qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
1
yeniavaz.com

7Источники