RU

"Müharibədə İranın qalib gəlməsi mümkün görünmür" -Hərbi ekspert

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) atəşkəs elan olunan vaxtda İrana qarşı hücum həyata keçirib.

Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, İranın ABŞ və İsrail ilə davam edən döyüş əməliyyatları zamanı ən çox raket zərbələri və dron hücumlarına məruz qalan ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləri olub.

Onun sözlərinə görə, BƏƏ-nin bu zərbələrə cavab vermək hüququ var:

"Belə bir hüquq BMT nizamnaməsində də nəzərdə tutulub. Ona görə də atəşkəs dövründə və yaxud digər vaxtlarda belə zərbələrin endirilməsi gözlənilən idi. İranın hərbi potensialı zəiflədikcə, ona qarşı qonşu ölkələrin ərazisindən daha intensiv zərbələrin endirilməsi də gözləniləndir. İran hərbi əməliyyatların bərpa olunmasını istəmir, amma eyni zamanda məğlub olduğunu da etiraf etmir. Bu isə bir daha onu göstərir ki, döyüş əməliyyatlarının yenidən bərpa olunması ehtimalı yüksəkdir. Çünki bölgədə dayanıqlı atəşkəsin əldə olunması və sülh prosesinə doğru istiqamətlənən əməli addımların atılması hələlik müşahidə edilmir. Odur ki, eskalasiya riski böyükdür və bu müharibədə İranın qalib gəlməsi də mümkün görünmür".

Aytəkin TOFİQQIZI

Избранный
46
1
redaktor.az

2Источники