RU

Dibala “Roma” üçün maaşının azaldılmasına razıdır

“Roma”nın hücumçusu Paulo Dibala komandada qalmaq üçün maaşını azaltmağa hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, Roma klubu argentinalı futbolçuya hələ yeni müqavilə təklif etməyib. Baş məşqçi Can Pyero Qasperini isə Dibalanın komandada qalmasını istəyir.

32 yaşlı hücumçunun gələcək taleyinin klub rəhbərliyinin qərarından asılı olduğu bildirilir. Dibala cari mövsüm 25 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Избранный
61
idmanxeber.az

1Источники