RU

Avrokuboklarda debüt edəcəklər

“Komo” tarixində ilk dəfə avrokuboklarda iştirak etmək hüququ qazanıb.

"Football-plus.az" xəbər verir ki, Fransesk Fabreqasın komandası İtaliya A seriyasının 36-cı turunda “Verona”nı 1:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində xallarının sayını 65-ə çatdıran “Komo” hazırda turnir cədvəlində 5-ci pilləni tutur.

Riyazi hesablamalara görə, komandanın mövsümün sonuna qədər 6-cı yerdən aşağı düşmək ehtimalı qalmayıb. Bu isə o deməkdi ki, “Komo” 2026/27 mövsümündə avrokuboklarda iştirak edəcək.

Избранный
75
1
football-plus.az

2Источники